İranın "Mohajer-6" PUA-sında Ukrayna komponenti AŞKARLANDI
Bizi izləyin

Avropa

İranın "Mohajer-6" PUA-sında Ukrayna komponenti AŞKARLANDI

Ukrayna zenit qırıcıları İranın “Mohajer-6” PUA-sını Qara dənizə endirməyə, Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin mütəxəssisləri isə onun bütün texniki hissələrini yoxlamağa nail olublar.

Bu barədə Publika.az Ukrayna Hərbi Televiziyasına istinadla xəbər verir.

Bildirilib ki, bu PUA-nın komponentləri xarici, o cümlədən Ukrayna mənşəlidir.

Hərbi kəşfiyyatçılar İranın dövlət dili - fars dili ilə işarələnmiş detallar aşkar ediblər ki, bu da şübhəsiz ki, pilotsuz təyyarənin İran mənşəli olduğunu sübut edir. Lakin onilliklər ərzində sanksiyalar altında olan ölkənin belə təyyarələrin istehsalını necə qura bilməsi də sual doğurub.

"Biz bu dronu bu şirkətin digər dronları ilə müqayisə etdik və məlum oldu ki, pilotsuz uçan aparatda ABŞ-dan 3/4 komponentlər var. Yaponiya, Çin, İsveç, Avstriya komponentləri və hətta Ukrayna istehsalı olan bir komponent aşkarlandı. Kəşfiyyat Baş İdarəsinin (BKİ) mütəxəssisləri detalın İrana necə çatdırıldığını araşdıracaqlar", - deyə BKİ nümayəndəsi şərh edib.

Digər ölkələrin İrana və müvafiq olaraq Rusiyaya silah və onun komponentlərinin tədarükündə iştirakına dair sübutlar onlara qarşı iqtisadi sanksiyalar tətbiq etmək məqsədi ilə beynəlxalq təşkilatlara təqdim olunacaq.

Daha əvvəl bildirilmişdi ki, Rusiya Federasiyasının Ukraynaya qarşı müharibədə istifadə etdiyi İranın "Mohajer-6" kəşfiyyat və hücum pilotsuz təyyarələri məişət komponentlərindən hazırlanır. Buna görə də, bu dronlar rəqiblərindən əhəmiyyətli dərəcədə pisdir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm