Ukrayna ordusu 10 İran PUA-sını, 73 qanadlı raketi MƏHV ETDİ
Bizi izləyin

Avropa

Ukrayna ordusu 10 İran PUA-sını, 73 qanadlı raketi MƏHV ETDİ

Xəbər verdiyimiz kimi, bu gün günorta saat 14:30 radələrində Rusiya qoşunları Ukrayna ərazisini havadan və dənizdən qanadlı raketlərlə vurub.

Publika.az Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin "Teleqram" kanalına istinadla xəbər verir ki, işğalçılar 14 ədəd "Tu-95" strateji aviasiya raketdaşıyan təyyarələri, Rusiya Qara Dəniz Donanmasının gəmiləri və İranın "Şahed-136/131" kamikadze-hücum PUA-larından istifadə ediblər.

Ümumilikdə, 90-dan çox raket buraxılıb: Xəzər dənizinin şimalından və Rostov vilayətindən 70-ə yaxın hava bazalı Х-101/Х-555 qanadlı raketləri, həmçinin Qara dənizdən dənizə əsaslanan 20-yə yaxın “Kalibr” raketi və 10 kamikadze PUA.

İlkin məlumatlara görə, hava hücumundan müdafiə qüvvələri düşmənin 73 qanadlı raketini və 10 kamikadze PUA-sının hamısını məhv edib.

Gözlənildiyi kimi, Rusiya yüksək dəqiqlikli silahlarla Ukraynanın kritik infrastrukturuna hücumlarını davam etdirir.

Xatırladaq ki, noyabrın 15-də genişmiqyaslı hava xəbərdarlığı zamanı Ukraynanın bir sıra regionlarında partlayışlar səsləri eşidilib.

Sonradan məlum oldu ki, ruslar Kiyevin Peçerski rayonunu atəşə tutub, orada üç hündürmərtəbəli bina zədələnib. İlkin məlumata görə, bir nəfər ölüb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm