Avropa
Ukraynalı kimsəsiz uşaqlar Türkiyəyə gətirildi

Ukraynada müharibə nəticəsində valideyn himayəsindən məhrum olmuş 34 uşaq Türkiyeyə göndərilib.
Publika.az xəbər verir ki, bu barədə Ukraynanın birinci xanımı Yelena Zelenskaya tviterdə yazıb.
Onun sözlərinə görə, Türkiyənin birinci xanımı Əminə Ərdoğanla İstanbulda əldə olunan razılığa əsasən Odessadakı “Soneçko” uşaq evindəki uşaqların bir qismi Türkiyəyə təxliyə edilib.
Yelana Zelenskaya deyib ki, uşaqların təhlükəsizliyi əsas prioritetdir:
"Ən kiçik yaşlı uşaq Saşkodur. O, on aylıqdır. Uşaqların rahatlığı, reabilitasiyası təmin olunub”.
Y.Zelenskaya həmçinin vurğulayıb ki, bu, iki ölkənin liderinin həyat yoldaşlarının əməkdaşlığının nəticələrinin vacib göstəricisidir.
Ukraynanın birinci xanımı bu məsələdə xidməti olan hər kəsə təşəkkür edib.
Tural Turan

-
Nida Xəbər 19:03
İsrailin müdafiə naziri Bakıya etdiyi zəngdən danışdı: - "Bu gün səhər mən..."
-
Nida Xəbər 18:54
Mehman Əhmədli biznesmenin itinə meyxana deyib? - "Bir nəfər yaxınlaşdı ki..."/Video
-
Nida Xəbər 18:27
Daha bir Avropa ölkəsinin prezidenti Kiyevə gəldi
-
Sosial17:55
Bunu edənlərə 3 ilədək həbs cəzası veriləcək - YENİ MADDƏ
-
Sosial17:38
Sabahdan hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
-
Sosial17:05
Naxçıvanla Türkiyə arasındakı sərhəd açıldı - Yeniləndi
-
Magazin116:40
Roza Zərgərli ərə gedir: 13 namizədim var, birini seçəcəm - VİDEO
-
Region16:00
Molla rejiminin "yeni oyunu" - Terrorçunu xəstəxanaya yerləşdirdilər