Avropa
Şolts Putinlə necə dil tapır?: "Məktəbdə səkkiz saatlıq..."

"Rusiya prezidenti Vladimir Putin danışıqlar zamanı növbə ilə rus və almanca danışır".
Publika.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts "Focus" jurnalına müsahibəsində bildirib.
"O, alman və rus dilini bir-biri ilə əvəz edir. Rus dili biliyim məktəbdə səkkiz saatlıq kursla məhdudlaşır", - kansler fevral ayında Putinlə görüşünü şərh edərkən deyib.
Almaniya kansleri Putinlə sonuncu dəfə sentyabrda telefonla danışdığını da vurğulayıb:
"Biz o vaxtdan bəri bir-birimizlə danışmamışıq".
O, əlavə edib ki, həm Rusiya prezidenti, həm də Çin sədri Si Cinpinlə telefon danışıqları zamanı susmağa vaxt olmur.
Bundan əvvəl Kreml rəsmisi Şoltsın Putinə hörmətindən danışıb. Rusiya liderinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Almaniya kansleri Putinə "siz" deyə müraciət edir.
Hüseyn İbadlı

-
Art5 Fevral 23:31
Zeynəb Dostəliyeva VƏFAT ETDİ
-
Art5 Fevral 22:20
Xalq rəssamı Fərhad Xəlilovun oğlu VƏFAT ETDİ
-
Kriminal5 Fevral 22:13
Şəmkirdə toy QANA BOYANDI
-
Magazin25 Fevral 21:13
Ombasına silikon qoydurdu - FOTO
-
Kriminal5 Fevral 20:31
Gədəbəydə DƏHŞƏT: ata iki oğlunu bıçaqladı
-
Magazin25 Fevral 19:31
Evli qadınlar arasında ən gözəli o oldu - FOTO
-
Magazin15 Fevral 18:48
Pərvin Abıyevadan yarıçılpaq FOTOLAR
-
Magazin15 Fevral 17:09
Manaf Ağayev: "Pulum olmasa da, onu alaram" - VİDEO