Şarl Mişel Çinə görə tənqid olundu - Cavab vermək lazımdır
Bizi izləyin

Avropa

Şarl Mişel Çinə görə tənqid olundu - Cavab vermək lazımdır

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Çin lideri Si Cinpinlə görüşdən əvvəl COVID-19-a sıfır dözümlülük siyasəti səbəbindən Çini bürümüş hökumət əleyhinə etirazların sərt şəkildə yatırılmasına dair yumşaq mövqeyinə görə tənqid edilib.

Publika.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

“O, fürsətdən istifadə edərək bir neçə məsələ ilə bağlı narahatlığımızı ifadə etməlidir. Etirazlar vəhşicəsinə yatırılarsa, Aİ bu məsələni beynəlxalq təşkilatlarda qaldırmağa və Çinə qarşı yeni sanksiyaları nəzərdən keçirməyə hazırdır”, - deyə Avropa Parlamentinin Çinlə əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri Reinhard Butikofer Çin hakimiyyətinin qəddarlığına cavab verməyə çağırıb.

Şarl Mişelin səfər planlarından xəbərdar olan Aİ rəsmilərinin sözlərinə görə, Avropa Şurasının rəhbəri dekabrın 1-də Si Cinpinlə görüşdə etirazlar mövzusuna toxunmağı planlaşdırmır. Onlar Mişelin Çin hakimiyyətinin hərəkətlərini birbaşa qınamadan bunu edəcəyini və pandemiya ilə mübarizədə kömək təklif edəcəyini bildiriblər.

Mişelin Çinə rəsmi səfər edəcəyi noyabrın 24-də məlum olub. Bu danışıqlar 2018-ci ildən bəri Avropa Şurasının rəhbəri ilə Si Cinpin arasında ilk görüş olacaq.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm