Siqaret satışı qadağan edildi
Bizi izləyin

Avropa

Siqaret satışı qadağan edildi

Belçika və Niderland siqaret satışını minimuma endirmək üçün tədbirləri daha da sərtləşdirib.

Publika.az xəbər verir ki, tütün reklamları ilə bağlı sərt tədbirlər görən Belçika hökumətinin siqaret avtomatlarının ləğvi ilə bağlı qərarı parlamentdə təsdiqlənib.

Nümayəndələr Palatasının təsdiqlədiyi hökumətin yeni təklifinə əsasən, supermarketlərdən kənarda siqaret satan avtomatlar qadağan ediləcək.

Məlumata görə, gələn il qüvvəyə minəcək qaydaya əsasən, siqaret satan avtomatlar yalnız supermarketlərin görünməyən hissəsində yerləşdiriləcək.

Bildirilib ki, tənzimləmə tütün məmulatlarını daha az əlçatan etmək və yetkinlik yaşına çatmayanlara siqaret satışına qoyulan qadağanın icrasını asanlaşdırmaq məqsədi daşıyır.

Qeyd edək ki, supermarketlərdə hələlik satış avtomatlarına icazə verilir.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm