Avropa
Aİ komissarı ABŞ sammitini boykot etmək qərarına gəlib

Avropa Komissiyasının daxili bazar üzrə komissarı Terri Breton, Aİ liderlərinin ABŞ-ın yeni inflyasiya qanunu ilə bağlı narahatlıqlarına diqqət yetirmədiyi səbəbindən ABŞ-Aİ Ticarət və Texnologiya Şurasının sammiti üçün ABŞ-a səfər etməmək qərarına gəlib.
Publika.az xəbər verir ki, Bu barədə “Bloomberg” məlumat yayıb.
Agentlik qeyd edir ki, qanun Aİ-də əsas mübahisə obyektinə çevrilib və onlar Vaşinqtonun böyük subsidiyalarla biznes investisiyalarını blokdan çıxartmasından şikayətlənirlər.
Qeyd edək ki, sammit gələn həftə Merilend Universitetində baş tutmalıdır. Breton tədbirdə "artıq Avropanın bir çox sənaye və biznes nazirlərini narahat edən məsələlərə diqqət yetirmədiyi" üçün iştirak etməmək qərarına gəlib. O, sənaye və rəqabət qabiliyyəti, rəqəmsal, kosmik və kibertəhlükəsizliyi müzakirə etmək üçün yalnız 2023-cü ilin əvvəlində ABŞ-a səfər edəcək.
Xatırladaq ki, İtaliyanın keçmiş baş naziri və Avropa Komissiyasının (AK) keçmiş rəhbəri Romano Prodi bir müddət əvvəl demişdi ki, enerji böhranı bir daha göstərdi ki, Avropa mühüm strateji məsələlərdə razılığa gəlməkdən uzaqdır.
Ayşən Rəhim

-
Avropa10:44
Rusiyanın tarixi səhvi: Bu sistemi qoruyub saxlasaydı...
-
İKT10:00
"iPhone"un ömrünü necə uzatmaq olar? - Mütəxəssis MƏSLƏHƏTİ
-
Kriminal09:24
Məktəbdə başlanan sevgi ŞANTAJA ÇEVRİLDİ: ata, övladının intim şəkilləri yayılmasın deyə...
-
Magazin208:31
Milyonluq saatı ilə gündəmi silkələdi - FOTO
-
MDB08:13
Rusiyada böyük ticarət mərkəzi YANIR - VİDEO
-
Nida Xəbər 07:47
Bu ölkələr Azərbaycana başsağlığı verdi - SİYAHI
-
İdman05:45
Messi yayda bu klublardan birinə keçə bilər
-
Yaxın Şərq04:30
Terrorçu təkbaşına hərəkət edib - İsrail POLİSİ