Bayden və Makron danışıqlarda irəliləyiş əldə edirlər
Bizi izləyin

Avropa

Bayden və Makron danışıqlarda irəliləyiş əldə edirlər

ABŞ prezidenti Co Bayden və Fransa prezidenti Emmanuel Makron ABŞ-ın inflyasiya qanun layihəsinin Avropaya təsirini azaltmaq üçün danışıqlarda "əhəmiyyətli irəliləyiş" əldə ediblər.

Publika.az xəbər verir ki, bu barədə Fransa Maliyyə Nazirliyindəki mənbəyə istinadən “Reuters” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Ağ Ev Avropa müttəfiqlərinə Vaşinqtonla azad ticarət sazişi olan ölkələrlə eyni səviyyədə istisnalar vermək üçün icra sərəncamlarından istifadə edə bilər.

Qeyd edək ki, bundan əvvəl Bayden Fransa lideri Emmanuel Makronla danışıqlardan sonra keçirdiyi mətbuat konfransında inflyasiyanın azaldılması üçün Amerika qanunlarının mükəmməl olmadığını etiraf edib.

Ayşən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm