Makron Ukrayna münaqişəsinin yeganə həll yolunu AÇIQLADI
Bizi izləyin

Avropa

Makron Ukrayna münaqişəsinin yeganə həll yolunu AÇIQLADI

Fransa Prezidenti Emmanuel Makron Amerikanın “CBS News” telekanalına müsahibəsində Ukraynadakı münaqişənin həllinin yeganə yolunu açıqlayıb.

Publika.az xəbər verir ki, onun sözlərinə görə, bu, danışıqlar yolu ilə olacaq.

Fransa lideri vurğulayıb ki, qərarı ukraynalılar özləri verməlidir.

Bundan əvvəl Makron bildirib ki, Ukraynada vəziyyətin yaxın həftələrdə və aylarda inkişafı, eləcə də ukraynalıların seçimi Rusiya ilə danışıqlar anını müəyyən edəcək. O, bu məsələdə Kiyevə təzyiq etməyəcəyinə söz verib.

Ukrayna prezidenti Vladimir Zelenski müttəfiqlərindən Moskvanın birbaşa danışıqlar aparmaq istəyi ilə bağlı siqnallar aldığını bildirib. O əlavə edib ki, Rusiya ilə sülhü “pərdə arxasında” müzakirə etmək istəmir.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm