Lavrov: "Avropa öz maraqlarını qoruya bilmir"
Bizi izləyin

Avropa

Lavrov: "Avropa öz maraqlarını qoruya bilmir"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Avropa, hələlik öz maraqlarını qoruya bilmir.

Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə o, “Primakov oxumaları” beynəlxalq forumunda çıxışı zamanı bildirib.

“Avropada ABŞ-ın maraqları ilə üst-üstə düşməyən maraqların olması göz qabağındadır”, - deyə o bildirib.

Lavrov onu da qeyd edib ki, bunu Fransa prezidenti Emmanuel Makronun ABŞ-a səfərinin nəticələri də təsdiqləyir.

Bundan əvvəl Çinin “Global Times” tabloidi ABŞ və Fransa prezidentləri Co Bayden və Emmanuel Makronun Ağ Evdə təmtəraqlı atmosferdə keçən görüşünün iki ölkə arasında müxtəlif məsələlərlə bağlı fikir ayrılıqları ilə ziddiyyət təşkil etdiyini yazıb.

Dekabrın 5-də Makron bildirib ki, enerji qiymətlərinin yüksək olması səbəbindən ABŞ və Avropa arasında münasibətlərdə “uyğunsuzluq” yaranıb.

Ayşən Rəhim

Oxumağa davam et
Reklam
Reklam

Gündəm