Sui-qəsddə ittiham olunan sabiq deputat saxlanıldı - FOTO
Bizi izləyin

Avropa

Sui-qəsddə ittiham olunan sabiq deputat saxlanıldı - FOTO

Almaniyada hakimiyyəti ələ keçirmək üçün sui-qəsddə iştirak etməkdə şübhəli bilinən sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının keçmiş deputatı, 58 yaşlı Birgit Malsak-Vinkemann saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə Almaniya Baş Prokurorluğu məlumat ayyıb.

Bildirilir ki, sabiq Bundestaq deputatının, iddia edilən dövlət çevrilişi baş verəcəyi təqdirdə, Almaniyanın Ədliyyə Nazirliyinə uyğun gələn müvəqqəti hökumətdə “ədliyyə şöbəsi”nə rəhbərlik etməsi planlaşdırılıb.

Malsak-Vinkemann hüquq sahəsində çalışıb, Berlində hakim işləyib. 2013-cü ildən AfD-nin üzvüdür, 2017-ci ildə isə bu partiyadan Bundestaqın üzvü olub.

Qeyd edək ki, Almaniya polisi sağ təmayüllü ekstremistlərə qarşı xüsusi əməliyyat keçirib. Sağçı terror təşkilatının üzvü olan və ya ona dəstək verən 25 nəfər saxlanılıb. Bildirilib ki, alman xüsusi təyinatlıları ölkənin 11 ştatında eyni vaxtda fəaliyyət göstərib. 130-dan çox evdə, ofisdə və digər binalarda axtarışlar aparılıb.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm