Macarıstandan Rusiyaya DƏSTƏK: Aİ-yə qarşı çıxdı
Bizi izləyin

Avropa

Macarıstandan Rusiyaya DƏSTƏK: Aİ-yə qarşı çıxdı

Macarıstan Avropa İttifaqının (Aİ) daimi nümayəndələrinin iclasında yeni anti-Rusiya sanksiyalar paketinə qarşı çıxıb.

Publika.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) yazıb. Brüssel pandemiya ilə mübarizə üçün Budapeştə 5,8 milyard avro verməkdən imtina edib. Buna cavab olaraq, Macarıstan Rusiyaya qarşı sanksiyaları və Ukrayna və digər ölkələr üçün silah fondunun ikiqat artırılmasını tənqid edib. Bəzi diplomatlar Macarıstanın Aİ-nin yekdillik tələb edən bütün qərarlarına qarşı çıxacağından qorxduqlarını bildiriblər.

Aİ-nin yüksək səviyyəli diplomatı qəzetə deyib: “Biz radikal addımlara hazır olmalıyıq”.

Bundan əlavə, Budapeşt Şengen zonasının sərhəd nəzarəti olmadan Xorvatiyaya və ola bilsin ki, Rumıniya və Bolqarıstana qədər genişlənməsinə veto qoya bilər. Qeyd olunur ki, Macarıstan Bolqarıstanın lehinə danışıb, Xorvatiya isə potensial veto ilə bağlı heç bir məlumat almayıb.

Mehin Mehmanqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm