Kosovonun Aİ-yə üzvlük tələbi... - Vuçiç
Bizi izləyin

Avropa

Kosovonun Aİ-yə üzvlük tələbi... - Vuçiç

Serbiya prezidenti Aleksandar Vuçiç Kosovonun dekabrın 15-də Aİ-yə üzvlük üçün müraciət edəcəyini və bunun Vaşinqton razılaşmasının pozulması olduğunu bildirib.

Publika.az “RİA Novosti”-yə istinadla xəbər verir ki, bu barədə o, mətbuat konfransında bildirib.

“Bu, bizim üçün çox xoşagəlməz hadisədir, Vaşinqton razılaşmasının birbaşa pozulmasıdır, onların razılaşmalara əməl etmək istəmədiklərinin göstəricisidir” deyən Vuçiç Priştinanın bu addımını pisləyib.

Onun sözlərinə görə, o, Kosovonun müstəqilliyini tanımayan Aİ ölkələrinin liderlərinə - Yunanıstan , İspaniya , Kipr və Rumıniyanın rəhbərlərinə məktublar göndərib və qeyd edib ki, Aİ standartlarına görə, üzvlük üçün yalnız Avropa dövlətləri müraciət edə bilər, elan edilmiş respublika deyil.

Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm