Makronun bu sözləri Rusiyada təşviş yaratdı
Bizi izləyin

Avropa

Makronun bu sözləri Rusiyada təşviş yaratdı

“Fransa prezidenti Emmanuel Makronun Rusiyanın təhlükəsizlik zəmanəti verməli olduğu barədə sözlərinin arxasında heç nə dayanmır”.

Publika.az xəbər verir ki, bu barədə TASS mənbəsinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Fransa prezidentinin sözləri “özünü tanıtmaq və elan etmək cəhdidir”.

“Mən əminəm ki, bunun arxasında heç bir şey yoxdur. Makronun dediklərinin arxasında qətiyyən heç bir mövqe və əks təklif dayanmır”, - agentliyin mənbəsi izah edib.

O əlavə edib ki, hazırda Rusiya ilə Ukrayna arasında hər hansı vasitəçilikdən söhbət gedə bilməz, “çünki problem siqnalların ötürülməsində deyil, tərəflərin mövqelərinin uyğunsuzluğundadır”.

Bundan əvvəl bildirilmişdi ki, bir sıra Aİ ölkələri Makronun Rusiya Federasiyası üçün təhlükəsizlik zəmanəti təklifinə qarşı çıxıblar. Demarşı Fransa liderinin sözlərindən sonra Latviya, Litva, Estoniya, Slovakiya və Polşa öz üzərinə götürüb.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm