Avropa
Finlandiya Ukraynaya yeni hərbi yardım paketi ayırdı

Finlandiya Hökumət Şurasının təklifi əsasında Ukraynaya 28,8 milyon avro məbləğində yeni hərbi yardım paketi ayırıb.
Bu barədə Publika.az Finlandiya Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir.
"Ölkə prezidenti dekabrın 20-də müvafiq qərar qəbul edib. Bu, Finlandiyadan Ukraynaya on birinci hərbi yardımın çatdırılmasıdır. Finlandiyanın Ukraynaya çatdırdığı bütün müdafiə yardım paketlərinin ümumi dəyəri 189,2 milyon avro təşkil edir.
Ukraynanın müdafiəsi uğrunda döyüş davam edir. Müdafiə vasitələrinə ehtiyac böyükdür. Biz dəstəyimizi davam etdirəcəyik", - Finlandiyanın müdafiə naziri Antti Kaikkonen bildirib.
Yardımın təhlükəsiz çatdırılmasını təmin etmək üçün məzmunu, çatdırılma üsulu və çatdırılma cədvəli açıqlanmayacaq. Bildirilir ki, yeni hərbi yardım paketində Silahlı Qüvvələrin müraciətləri nəzərə alınıb.
Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Finlandiya hökumətinə yeni hərbi yardım paketi tələbi ilə müraciət edib.
Hüseyn İbadlı

-
Magazin118:38
Həbs edilən azərbaycanlı repçi azadlığa çıxdı - VİDEO
-
Region17:45
Rusiya NATO ilə müharibə edə bilər
-
Magazin217:20
Oktay Kaynarcadan üzücü xəbər
-
Rəsmi xronika16:44
İlham Əliyev dünya çempionatının açılış mərasimini izləyir - Canlı
-
Sosial16:30
Avtobusa minən bu şəxslər pul alacaqlar - Yeni qayda
-
Dünya16:10
Prezident göstəriş verdi: Ordu hazır vəziyyətə gətirildi
-
Magazin115:30
Aysun keçmiş həyat yoldaşı barədə: "Ona ehtiyacım yoxdur, başıma gələnlər..."
-
Sosial14:51
Laçına getmək üçün ağlayan uşağın görüntüləri - Video