Əgər Rusiya Ukraynada nüvə silahını işə salmaq qərarına gəlsə... - ŞOK HƏDƏ
Bizi izləyin

Avropa

Əgər Rusiya Ukraynada nüvə silahını işə salmaq qərarına gəlsə... - ŞOK HƏDƏ

Əgər Rusiya Ukraynada nüvə silahından istifadə etmək qərarına gəlsə, bu, bütün bəşəriyyətə qarşı təcavüz kimi qiymətləndiriləcək.

Publika.az xəbər verir ki, belə bir birgə bəyanatla Yaponiyanın baş naziri Fumio Kişida və ABŞ prezidenti Co Bayden çıxış ediblər.

Siyasətçilər ikitərəfli görüş keçiriblər. Danışıqların məzmunu Ağ Ev tərəfindən açıqlanıb. Kişida və Bayden anti-Rusiya sanksiyalarını davam etdirmək barədə razılığa gəliblər və bununla da Kiyevi dəstəklədiklərini bildiriblər. Onlar, həmçinin Rusiyanın Ukraynada nüvə silahından istifadə etməyə qərar verəcəyi təqdirdə nə baş verəcəyini müzakirə ediblər.

"Birləşərək, Ukraynanı sarsılmaz şəkildə dəstəkləyərək Rusiya Federasiyasına qarşı sanksiyaları davam etdirəcəyik. Biz birmənalı olaraq bəyan edirik ki, Rusiyanın Ukraynada nüvə silahından istənilən istifadəsi bütün bəşəriyyətə qarşı düşmənçilik və əsassız düşmənçilik hərəkəti olacaq", - deyə liderlər bildiriblər.

Qeyd olunur ki, Yaponiya və ABŞ Rusiyanın kritik enerji infrastrukturuna hücumları qarşısında Kiyevi dəstəkləməyə davam edəcəklər.

Qeyd edək ki, Rusiya tərəfi dəfələrlə Ukraynada və digər ölkələrə qarşı nüvə silahından istifadə etmək fikrində olmadığını vurğulayıb.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm