Moldova-Ukrayna sərhədi AÇILDI
Bizi izləyin

Avropa

Moldova-Ukrayna sərhədi AÇILDI

Ukrayna tərəfində yaranmış texniki nasazlıq aradan qaldırıldıqdan sonra Moldova-Ukrayna sərhədindəki bütün keçid məntəqələri normal fəaliyyətini bərpa edib.

Publika.az xəbər verir ki, bu barədə Moldova Sərhəd Polisi məlumat yayıb.

"Moldova-Ukrayna sərhədindəki bütün keçid məntəqələri öz işini bərpa edib", - nazirliyin “Telegram” kanalında deyilir.

Qeyd edək ki, səhər saatlarında Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumat bazasında yaranan problemlərə görə sərhəd keçidləri dayandırılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm