Aİ Belarusa qarşı yeni sanksiyalar hazırlayır
Bizi izləyin

Avropa

Aİ Belarusa qarşı yeni sanksiyalar hazırlayır

Aİ-də Belarusa qarşı yeni sanksiyaların müzakirəsi başlanıb.

Publika.az xəbər verir ki, xüsusilə, Belarusa ikili təyinatlı texnika və silah satışının qadağan edilməsi təklifi müzakirə olunur.

Bu mövzuya marağın artmasına Ukrayna ərazisində gedən döyüşlər səbəb olub. Bir sıra ekspertlər Rusiyanın hələ də Belarus vasitəsilə sanksiyalardan yan keçməklə bəzi malları ala biləcəyi qənaətindədirlər. Onların fikrincə, Belarusa ikili təyinatlı texnika və silahların tədarükünə tam qadağa qoyulması Rusiyanı bu qadağaya əməl etməyə məcbur edəcək.

Həmçinin bildirilir ki, Aİ ölkələri Rusiya və Belarusa qarşı sanksiyaların tam sinxronlaşdırılması ilə bağlı hələlik konsensusa gəlməyib. Almaniya və bir sıra digər ölkələr belə sinxronizasiyaya qarşı çıxıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm