Bu ölkədə hər 3 qadından 1-i zorlanır - Dəhşətli HESABAT
Bizi izləyin

Avropa

Bu ölkədə hər 3 qadından 1-i zorlanır - Dəhşətli HESABAT

Fransada 37 faiz qadın razılığı olmadan cinsi əlaqəyə məcbur edilib.

Publika.az Teleqraf.com-a xəbər verir ki, Fransada Baş nazirlik nəzdində Gender Bərabərliyi üzrə Ali Şuranın hazırladığı hesabat dəhşətli faktları ortaya çıxarıb.

Baş nazirliyin nəzdində fəaliyyət göstərən Qadın və Kişi Bərabərliyi Yüksək Şurası (HCEFH) cinsiyyətçiliklə bağlı hesabat dərc edib. 5-26 oktyabr 2022-ci il tarixlərində yaşı 15-dən yuxarı olan 2500 nəfərlə aparılan araşdırmanın nəticələri prezident Emmanuel Makrona təqdim olunacaq.

HCEFH üçün Viavoice İnstitutunun apardığı araşdırmaya görə, ölkədə cinsiyyətçilik azalsa da, qadınların 37 faizi öz razılığı olmadan cinsi əlaqəyə məcbur edilib.

Qadınların 80 faizi kişilərdən daha pis rəftar gördüyünü bildirsə də, onların üçdə biri təcavüzə məruz qaldığını bildirib.

Gənclər arasında seksizm və zorlama halları geniş yayılsa da, kişilərin 26 faizi cinsi zorakılığa reaksiya və tədbirləri şişirdilmiş hesab edir.

HCEFH hesabatında narahatlıq vurğulanır və Fransa hakimiyyətinin bu məsələ ilə bağlı səylərinin yetərli olmadığına diqqət çəkilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm