Bayden Avropa liderləri ilə DANIŞDI: tezliklə nəticələr elan ediləcək
Bizi izləyin

Avropa

Bayden Avropa liderləri ilə DANIŞDI: tezliklə nəticələr elan ediləcək

ABŞ Prezidenti Co Baydenlə Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts, İtaliyanın Baş nazirləri Giorgi Meloni və Böyük Britaniyanın baş naziri Rişi Sunak arasında telefon danışığı olub.

Publika.az xəbər verir ki, bu barədə ABŞ administrasiyasının mətbuat xidməti məlumat yayıb.

"Səhər saatalarında Bayden yuxarıda adları sadalanan dövlət liderləri ilə telefon danışıqları aparıb. Ukraynaya dəstək bütün telefon danışıqlarının əsas mövzusuna çevrilib.

Tezliklə Bayden Ukraynaya hərbi yardımla bağlı açıqlama vermək niyyətindədir. Ola bilsin ki, o, ABŞ-ın Ukrayna Silahlı Qüvvələrinə təhvil verəcəyi tankların sayını desin", - məlumatda deyilir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm