Bu ölkələrin liderləri Putinin əlini sıxmaq üçün növbədə dayanırdı - Poroşenko
Bizi izləyin

Avropa

Bu ölkələrin liderləri Putinin əlini sıxmaq üçün növbədə dayanırdı - Poroşenko

Ukraynanın sabiq prezidenti Pyotr Poroşenko BBC-də yayımlanan “Putin Qərbə qarşı” sənədli filmində bir vaxtlar Rusiya lideri Vladimir Putinin ABŞ-ın sabiq prezidenti Barak Obamadan daha populyar olmasından danışıb.

Publika.az xəbər verir ki, Poroşenko Vladimir Putinlə ilk dəfə 2014-cü ildə Normandiyada keçirilən beynəlxalq tədbir zamanı görüşdüyünü xatırladıb.

“ABŞ prezidenti Barak Obama ilə əl sıxmaq istəyən liderlərin sırası Putinlə əl sıxmaq istəyən liderlərin sırasından əhəmiyyətli dərəcədə kiçik idi”, - deyən Poroşenko o zaman təəccübləndiyini bildirib.

Bu hadisə ilə bağlı Fransanın keçmiş prezidenti Fransua Olland da danışıb. O, bu görüşdən Rusiya lideri ilə münasibətlər qurmaq üçün istifadə etmək istədiyini qeyd edib. Onun sözlərinə görə, Putin daha sonra termal torbada bir şüşə araq gətirib. “Bu, onun özünü yenidən kəşf etmək istəyini göstərdi”, - Olland qeyd edib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm