Makrona qarşı “Robin Qud” əməliyyatı: İstəsək ölkəni iflic edə bilərik
Bizi izləyin

Avropa

Makrona qarşı “Robin Qud” əməliyyatı: İstəsək ölkəni iflic edə bilərik

Fransada pensiya yaşını 62-dən 64-ə qaldıran qanun layihəsinə qarşı dövlət qulluqçuları və işçilərin etirazları davam edir. Etiraz aksiyaları ölkədə həyatı iflic etdiyi bir vaxtda energetika işçiləri hökumətin icazəsi ilə həyata keçirilən “Robin Qud” əməliyyatlarında məktəbləri, universitetləri və aztəminatlı ailələri pulsuz qaz və işıqla təmin edirlər.

Publika.az xəbər verir ki, dünən keçirilən ümummilli etirazların ikincisi əvvəlcə dinc şəkildə başlayıb, lakin tezliklə xaosa çevrilib, etirazçılar çevik qüvvət polisi ilə toqquşub və fişənglərdən istifadə ediblər.

Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, 4 mini paytaxt Parisdə olmaqla 11 min polis əməkdaşını gücləndirilmiş rejimdə çalışmağa məcbur edən etirazlar ölkədə həyatı iflic edib.Metro xəttinin və şəhərətrafı qatarların işləmədiyi şəhərlərdə insanlar işə piyada getməli olublar. Uşaq bağçası və ibtidai sinif müəllimlərinin dəstəyi ilə uşaqlar müəllimsiz qalarkən, Fransanın enerji nəhəngi “TotalEnergies”in işçilərinin də üzv olduğu CGT həmkarlar ittifaqı açıqlayıb ki, işçilərin yüzdə 75-dən çoxu tətilə qatılıb və ölkə üzrə elektrik enerjisi istehsalı 4,4 faiz azalıb.

Bütün bu xaosun içində Fransanın ən böyük həmkarlar ittifaqlarının üzvü olan enerji sektorunun bəzi işçiləri Fransa prezidenti Emmanuel Makrona meydan oxuyaraq yeni tendensiyaya başlayıblar.

Britaniyanın xalq qəhrəmanı Robin Qudun adını daşıyan “Robin des Bois” hərəkatının bir hissəsi olaraq işçilər smart sayğacları söndürür, bütün ölkə üzrə məktəbləri, universitetləri və aztəminatlı ailələri pulsuz qaz və elektrik enerjisi ilə təmin edirlər.

“Robin Qud” tendensiyasının davam edəcəyinə işarə edərək, "Hökumət pensiya islahatlarını geri götürməsə, biz davam edəcəyik və enerjini hər kəs üçün pulsuz edəcəyik”, - tələbləri səsləndirilib.

Onlar Fransa prezidenti Emmanuel Makronun geri addım atmayacağı təqdirdə ölkədə baş verəcəkləri deyiblər: "Bugünkü etirazların məqsədi güc balansının bir pillə irəlilədiyini göstərmək idi və istəsək, ölkəni iflic edə bilərik"

Ayşən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm