Consondan Putinə xəbərdarlıq: Bunu etsən...
Bizi izləyin

Avropa

Consondan Putinə xəbərdarlıq: Bunu etsən...

Ukraynaya dəstəyi artırmaq məqsədilə yüksək vəzifəli siyasətçilərlə danışıqlar aparmaq üçün Vaşinqtonda olan Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukrayna hərbçilərinə lazım olan bütün silahların verilməsini istəyib.

Publika.az xəbər verir ki, bu barədə o, “Fox News”-a bildirib.

F-16 qırıcıları ilə bağlı sualı cavablandıran Conson Ukraynanı bütün lazımi silahlarla təmin etməyi dəstəkləyib.

Conson deyib: “Biz hər dəfə filan silahın verilməsinin yanlış olduğunu söylədikdə, bu, Ukrayna üçün doğru olan şeyə çevrilir. Yadımdadır ki, onlara tank əleyhinə raketlərin verilməsinin pis fikir olduğunu dedim. Əslində, onlar vazkeçilməz idilər və Donald Trampın dövründə ABŞ onları “Javelin”lə təmin edirdi. Rusiya tanklarını dəf etmək üçün döyüşlərdə onlar əvəzolunmaz idilər. Dedilər ki, biz HIMARS verməməliyik. Yadımdadır, çoxlu raket sistemləri, MLRS haqqında mübahisə edirdim. Əslində, onlar ukraynalılar üçün əvəzolunmaz oldu. Eyni şeyi tanklar haqqında da dedik”, - Conson qeyd edib.

“Vaxta, pula qənaət etməli, həyat xilas etməli və ukraynalılara lazım olanı mümkün qədər tez verməliyik”, - Conson əlavə edib.

O, Rusiya prezidenti Vladimir Putinin müharibəni nüvə münaqişəsinə çevirməyə hazır ola biləcəyi fikrini rədd edib: “Bunu etsə, o, yəqin ki, ukraynalıları belə dayandırmayacaq - biz onun iqtisadiyyatını elə iflic vəziyyətə salacağıq ki, Rusiya onilliklər ərzində bunun altından çıxa bilməyəcək. Ona görə də bunu etməyəcək”.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm