Avropa
Reznikov vəzifəsindən azad oluna bilər

Ukrayna Müdafiə naziri Aleksey Reznikov prezidentin komandasında qalır, onun gələcək fəaliyyəti Vladimir Zelenskinin qərarından asılı olacaq.
Bu barədə Publika.az Aleksey Reznikovun mətbuat konfransında verdiyi açıqlamaya istinadən xəbər verir .
"Heç bir məmur kürsüdə əbədi deyil. Heç biri. Müdafiə naziri olub-olmamaq qərarını bir nəfər - Ukraynanın Ali Baş Komandanı - Prezidenti Vladimir Zelenski verir. Konstitusiyaya görə, o, təyinat verir, və Ali Rada təyin edir", - deyə o bildirib.
Reznikov qeyd edib ki, yalnız Zelenskinin qərarı ilə müəyyən qərarlar qəbul edəcək. Bundan sonra o, prezidentin təklif etdiyi şeyi edəcək.
"Mən komandadayam, qələbəmiz üçün lazım olan hər şeyi edəcəyəm. Hüquqşünas kimi ixtisasım mənə nikbin düşünməyə imkan verir ki, mütləq maraqlı layihə tapacağam ki, bu, həm müharibədə qalib gəlməyimizə, həm də Rusiya Federasiyasının hərbi və siyasi rəhbərliyi cəzalandırmaq imkanı verəcək", - nazir əlavə edib.
O, həmçinin əlavə edib ki, vəzifəsindən azad ediləcəyi təqdirdə öz varisini dəstəkləyəcək, lazım gələrsə, ona məsləhət və tövsiyyələrini verəcək.
"RBC-Ukrayna"nın yaydığı məlumata görə, Reznikov yaxın vaxtlarda vəzifəsindən azad oluna bilər və onun yerini Ukrayna Dövlət Administrasiyasının rəhbəri Kirilo Budanov tuta bilər.
Hüseyn İbadlı

-
Hadisə19:00
Dəhşətli qəzada ölən musiqiçi imiş - FOTO
-
ABŞ18:37
Diş fırçası ilə dəlik açıb həbsxanadan QAÇDILAR - FOTO
-
Magazin118:13
Müslüm Maqomayevin onu otağından qovmasından DANIŞDI: "Mənə ağıl öyrədəcəksən?" - VİDEO
-
Cənubi Qafqaz17:55
Sülh müqaviləsi üzərində işləyirik, Laçın yolunu isə... – Mirzoyan
-
Region16:33
Türkiyədə prezidentliyə namizəd azərbaycanlı kimdir?
-
ABŞ16:11
Böhran bütün dünyaya yayıla bilər - Şok ssenari
-
Sağlamlıq16:00
Yemək yeyə-yeyə su içmək olarmı? - Fikirlər alt-üst oldu - VİDEO
-
Magazin215:24
Ramazanda milyonlar qazanacaqlar - SİYAHI