Eks-prezidentin oğlu biznesini Rusiya yurisdiksiyasına köçürdü
Bizi izləyin

Avropa

Eks-prezidentin oğlu biznesini Rusiya yurisdiksiyasına köçürdü

Yanukoviçin oğlu biznesini Rusiya yurisdiksiyasına keçirib.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin oğlu biznesini Rusiyanın işğlı altında olan Donetskə keçirib.

Belə ki, sənədlərə əsasən, Yanukoviçin “MAKO Holdinq” şirkəti yanvarın 17-də Rusiya Federasiyasının hüquqi şəxslərin reyestrinə məlumatların daxil edilməsi üçün ərizə verib. Artıq şirkət və onun strukturları Donetskdə qeydiyyatdan keçib.

Qeyd olunur ki, bundan əvvəl Yanukoviçin şirkətlər qrupu Kramatorskda yerləşirmiş.

Yanvarda Ukrayna Ali Antikorrupsiya Məhkəməsinin (HACC) Apellyasiya Palatası Yanukoviçin oğlunun əmlakının müsadirəsini dəstəkləyib.

Qeyd edək ki, bir müddət əvvəl Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi eks-prezidentin bütün əmlakına həbs qoyub.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm