Çexiya prezidenti ukraynalı qaçqınlarla bağlı qərar verdi
Bizi izləyin

Avropa

Çexiya prezidenti ukraynalı qaçqınlarla bağlı qərar verdi

Çexiyadakı ukraynalı qaçqınların müavinət azaldılıb.

Publika.az xəbər verir ki, müvafiq qanunla bağlı ölkə prezidentinin administrasiyasının rəsmi saytında məlumat verilib.

"Çərşənbə günü Çexiya Prezidenti Petr Pavel Ukraynadakı münaqişə ilə əlaqədar məşğulluq və sosial müdafiə sahəsində tədbirlər haqqında Çexiya Konstitusiyasının 66/2022 saylı qanununa dəyişiklik edilməsi haqqında fərman imzalayıb", - administrasiyanın bəyanatında deyilir.

Azyaşlı ukraynalı miqrantlar üçün aylıq müavinətin yaşayış minimumu 3490 kron (12,2 min rubl), yetkin ukraynalılara isə 4860 kron (17 min rubl) məbləğində müavinət veriləcəyi bildirilib.

Qeyd olunub ki, bundan əvvəl ilk beş ay ərzində miqrantlara 5 min kron (17,5 min rubl) ödənilirdi, sonra bu məbləğ tədricən azalıb.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm