Daha bir ölkədən Putinə QIRMIZI İŞIQ: "Cəzasızlıq olmamalıdır"
Bizi izləyin

Avropa

Daha bir ölkədən Putinə QIRMIZI İŞIQ: "Cəzasızlıq olmamalıdır"

"Roma Statutunun üzvü kimi Avstriya Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən verilən həbs orderlərini icra etməyə borcludur və hətta dövlət başçılarının Məhkəmə qarşısında toxunulmazlığı yoxdur".

Publika.az xəbər verir ki, bu barədə “Ukrinform”a Avstriyanın Federal Ədliyyə Nazirliyindən Rusiya prezidenti Vladimir Putinin həbsi ilə bağlı BCM-nin orderinin ölkənin icrası ilə bağlı sorğuya cavab olaraq bildirilib.

"Avstriya Roma Statutunun tərəfidir. Bu o deməkdir ki, Avstriya da bütün digər müqavilə tərəfləri kimi BCM ilə əməkdaşlıq etməyə borcludur: Məhkəmə tərəfindən verilən həbs orderləri icra edilməli və Məhkəmə tərəfindən axtarışda olan şəxslər həbs edilməlidir". - nazirlikdən bildirilib.

Avstriya Ədliyyə Nazirliyi həmçinin qeyd edib ki, 2019-cu ildə (Sudan prezidenti Ömər əl-Bəşirin işi üzrə – red.) BCM artıq bir iş üzrə müəyyən edib ki, hətta dövlət başçılarının da Məhkəmə qarşısında toxunulmazlığı yoxdur.

"Heç kim qanundan üstün deyil. Bu, konkret olaraq hər bir cinayətin tam araşdırılması deməkdir. Cəzasızlıq olmamalıdır", - Avstriya Ədliyyə Nazirliyi vurğulayır.

Qeyd edək ki, Rusiya Federasiyasının prezidenti və Rusiya prezidentinin uşaq məsələləri üzrə müvəkkili hərbi cinayətlərdə - ən azı 24 fevral 2022-ci il tarixindən etibarən əhalinin, o cümlədən uşaqların Ukraynanın işğal olunmuş ərazisindən qanunsuz deportasiyası və köçürülməsində şübhəli bilinir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm