İranın PUA-ları ilə Kiyevə HÜCUM EDİLDİ
Bizi izləyin

Avropa

İranın PUA-ları ilə Kiyevə HÜCUM EDİLDİ

Martın 28-nə keçən gecə rus hərbçilərinin Kiyev istiqamətində buraxdığı bütün “Şahed” tipli PUA-lar paytaxt yaxınlığında səmada Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.

Bu barədə Publika.az Kiyev Şəhər Hərbi Administrasiyasının mətbuat xidmətinə istinadla xəbər verir.

Bildirilir ki, vurulmuş hədəflərin fraqmentləri Svyatoşin rayonunda qeyri-yaşayış sahəsinə düşüb və nəticədə təxminən 200 m2 sahədə yanğın baş verib.

Qeyd olunur ki, indiki hücum üçün Rusiya Federasiyası şimal-şərq istiqamətindən baraj sursatları ilə (İran “Şahed”i) hücumların taktikasını dəyişməyib.

“Hava təhlükəsi siqnalı aldıqdan sonra dərhal ən yaxın sığınacaqlara gedin”, - deyə məlumatda bildirilir.

Hələ ki ölən və xəsarət alanlar haqqında məlumat verilmir.

Xatırladaq ki, Kiyev və regionda hava xəbərdarlığı saat 00:30 radələrində ləğv edilib.

Daha əvvəl Kiyevin meri Vitali Kliçko düşmənin pilotsuz uçan aparatının hücumu zamanı Svyatoşin rayonunda baş verən yanğının artıq qarşısının alındığını açıqlamışdı. Mer həmçinin həmin gecə paytaxtın Obolon və Svyatoşin rayonlarında partlayışların baş verdiyini bildirib.

Xatırladaq ki, bu gün Ukraynanın bir sıra regionlarında hava xəbərdarlığı elan edilib. Sakinlərə mümkün dron hücumu barədə xəbərdarlıq edilib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm