Medvedev Ukraynanı "tvitter"də hədələdi, Mask belə cavab verdi
Bizi izləyin

Avropa

Medvedev Ukraynanı "tvitter"də hədələdi, Mask belə cavab verdi

Amerikalı milyarder və iş adamı İlon Mask Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Ukrayna ilə bağlı sözlərinə görə "tvitter" istifadəçilərinə cavab verib .

Publika.az xəbər verir ki, Mask onları öz qərarlarını verməyə çağırıb.

Aprelin 8-də Medvedev sosial media hesabında Ukraynanın tezliklə yox olacağına dair yazı dərc edib. İlon Mask istifadəçilərin Rusiyaya qarşı sanksiyalara əməl etməməsi və Rusiya hakimiyyətinə "tvitter" platformasından təbliğat vasitəsi kimi icazə verməsi ilə bağlı iradları şərh edib. İş adamı Ukrayna ilə bağlı yazısından sonra Medvedevin müdafiəsinə qalxıb və tənqidlərə cavab verib.

“Bütün xəbərlər müəyyən qədər təbliğat xarakteri daşıyır. Qoy insanlar özləri qərar versinlər”, - iş adamı vurğulayıb.

Bundan əvvəl Medvedev Ukraynanın Rusiyanın bir hissəsi olduğunu, lakin geosiyasi səbəblərə görə Moskvanın ölkələrin “müxtəlif mənzillərdə” yaşaması ilə barışmağa məcbur olduğunu bildirib. Onun sözlərinə görə, Rusiya hakimiyyəti yerli rus əhalisi olan Rusiya imperiyasının tərkibində olan həmin ərazilərin “qondarma sərhədləri” ilə hesablaşmaq məcburiyyətindədir.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm