Avropa
İtkin düşən Ukrayna hərbçilərinin sayı AÇIQLANDI

Yeddi mindən çox Ukrayna hərbçisi itkin düşənlər siyahısındadır.
Publika.az xəbər verir ki, bu barədə çərşənbə axşamı xüsusi şəraitdə itkin düşmüş şəxslər üzrə komissar Oleq Kotenko məlumat verib.
“Onların sayı 7 mindən bir az çoxdur. Biz itkin kimi axtardığımız insanların hələ də əsirlikdə olduğunu düşünürük. Bizim statistikaya görə, onların hardasa 60-65%-i sağdır və əsirlikdədir”, - o, Rada telekanalının efirində müvafiq sualı cavablandırarkən deyib.
Kotenko əlavə edib ki, Ukrayna hakimiyyəti itkin düşmüş şəxslərin elektron reyestrini yaradır.
Bundan əlavə, onun sözlərinə görə, təxminən bir aydan sonra hərbçilərdən biomaterialların məcburi götürülməsinə başlanacaq ki, bu da ölüm halında onların identifikasiyasını sürətləndirəcək.

-
Kriminal20:33
Dubaydan qızıl külçə gətirən DGK-nın vəzifəli şəxslərinin istintaqı başa çatdı
-
Magazin119:50
Bloger Hüseyn Həsənov axtarışa verildi
-
MDB19:40
Lavrov İstanbula GETMƏYƏCƏK
-
Elm və təhsil19:00
Müəllimlərin nəzərinə! - Sertifikasiya imtahanlarının qrafiki açıqlandı
-
Nəqliyyat18:40
Bakıda axşam tıxacı: 25 yol keçilməz oldu
-
Dünya17:50
İsrail şokda: Tramp Netanyahunun bu istəyinin üstündən xətt çəkdi
-
Region17:00
Simonyan Tokayevə təşəkkür etdi: Azərbaycana görə
-
Sosial15:38
İlhamə Elşadqızı ifadə verdi: "Adım bir kişi ilə hallanmayıb" - VİDEO