Kremlə hücum edən PUA-lar kimə məxsusdur? - Din Beyker açıqladı
Bizi izləyin

Avropa

Kremlə hücum edən PUA-lar kimə məxsusdur? - Din Beyker açıqladı

Amerikalı iqtisadçı Din Beyker “ABC News” telekanalına müsahibəsində bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi UJ-22 PUA-sı Kremlə hücumda istifadə edilə bilər, çünki o uzun məsafələri qət edə bilir.

Publika.az xəbər verir ki, onun sözlərinə görə, UJ-22 pilotsuz təyyarəsi Ukrayna ilə sərhəddən 600 km məsafədə yerləşən Moskvaya yaxşı uça bilərdi.

UJ-22 Airborne Ukraynanın UKRJET şirkətinin mühəndisləri tərəfindən hazırlanıb. Bu PUA çox sürətli uçmur, lakin dəyişdirilə bilər. Əsas konfiqurasiyada o dörd 82 mm-lik minaatan mina və ya dörd RPG-7 qumbarasını daşıyır. Həmçinin bu dronu, məsələn, internet vasitəsilə almaq asandır.

Xatırladaq ki, çərşənbə günü, mayın 3-də iki pilotsuz uçuş aparatı Kremlə hücum edib. Rusiya hakimiyyəti bunu terror aktı kimi qiymətləndirib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov hədəfin Vladimir Putin olduğunu bildirib. Kiyev hücumla heç bir əlaqələrinin olmadığını bəyan edib.

Ayşən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm