Fransa Ermənistana yeni hərbi attaşe göndərir
Bizi izləyin

Avropa

Fransa Ermənistana yeni hərbi attaşe göndərir

Mötəbər məlumata əsasən, Fransa Ermənistandakı səfirliyinin yanında yeni hərbi attaşenin təyin olunması barədə qərar qəbul edib. Beləliklə, bir neçə müddət bundan əvvəl Fransanın “Intelligence Online” nəşri tərəfindən yayılan məlumat öz təsdiqini tapıb.

Publika.az Caliber.az-a istinadla xəbər verir ki, bu addım ilk dəfə yüksək səviyyədə 2022-ci ilin sentyabrında, Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı müzakirə olunub və indi faktiki olaraq rəsmiləşir. Bildirilir ki, fransalı hərbi attaşe Fransa ölümcül silahların Ermənistana tədarükünə nəzarət edəcək. Parisin Ermənistana ölümcül silahların tədarükü barədə hərbi-siyasi qərarına əsas dəstəyi şəxsən Fransa Prezidenti Emmanuel Makron göstərib.

Beləliklə, Avropa İttifaqının aparıcı ölkələrindən biri regiona ölümcül silahların tədarükündən imtina üzrə ənənəvi ümumavropa siyasətini kobud şəkildə pozub. Materialda deyilir ki, bununla da Fransa regionda hərbi tarazlığa Ermənistanın xeyrinə təsir göstərməyə səy göstərib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm