Avropada PARÇALANMA: iki ölkə Rusiyaya qarşı yeni sanksiyalar paketini BLOKLADI
Bizi izləyin

Avropa

Avropada PARÇALANMA: iki ölkə Rusiyaya qarşı yeni sanksiyalar paketini BLOKLADI

Macarıstan və Yunanıstan Aİ-nin Rusiya Federasiyasına, bu ölkə ilə tərəfdaşlıqda şübhəli bilinən şirkətlərə qarşı yeni sanksiyalar paketinin tətbiqinə qarşı çıxıblar.

Publika.az xəbər verir ki, bu barədə Politico nəşri yazır.

Bildirilir ki, Macarıstan və Yunanıstan hakimiyyəti onların bəzi şirkətlərinin Ukraynanın "müharibə sponsorları" siyahısından çıxarılmasını tələb edir.

"Əsasən Rusiya sanksiyalarına qarşı tək dayanan Budapeşt indi Rusiyaya qarşı son tədbirlərə şübhə ilə yanaşır. Macarıstan və Yunanıstan Kiyevin siyahısına daxil edilmiş şirkətlərinin həqiqətən də Rusiya ilə əməkdaşlıq etdiyinə əmin olmaq üçün araşdırma aparılmasını tələb edirlər", - agentlik beş Aİ diplomatına istinadla yazır.

Nəşrin mənbələri bildiriblər ki, Budapeşt və Afina sanksiyalardan siyasi rıçaq kimi istifadə edərək kollektiv sanksiyaların təkərlərinə söz qoyurlar. Yunanıstan Rusiya ilə əməkdaşlıq haqqında məlumat təsdiqləndikdə ona qarşı sanksiyalardan yayınmaq üçün tədbirlər görülməli olduğunu bildirib.

"Politico"nun digər mənbələri bildirir ki, sonda tədbirlər paketini razılaşdırmaq üçün sanksiyalar məsələsində konsensus əldə olunub.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm