NATO üç hərbi gəmini bu ölkəyə göndərdi
Bizi izləyin

Avropa

NATO üç hərbi gəmini bu ölkəyə göndərdi

NATO-nun üç hərbi gəmisindən ibarət dəstə mayın 27-də Helsinkiyə səfər edib.

Publika.az xəbər verir ki, bu barədə Finlandiyanın donanması məlumat yayıb.

Hesabatda deyilir ki, mayın 27-də Norveç , Almaniya və Fransa gəmiləri Baltik dənizində "Baltops 23" təlimində iştirak etmək üçün Helsinki limanına yetişməyi gözləyirlər.

"Səfər NATO-nun Baltik dənizində planlaşdırılan əməliyyatlarının bir hissəsidir", - agentlik bildirib.

Qeyd edilir ki, təlimlərə Finlandiyadan “Katanpää” sinifli mina əleyhinə gəmi, akvatoriyanın monitorinqi üzrə ixtisaslaşmış Almaniyadan “FGS Rottweil” və Fransadan “FS Pegase” gəmiləri də cəlb olunacaq. Qrupa Norveç Sahil Mühafizəsinin patrul gəmisi "HNoMS Nordkapp" rəhbərlik edəcək.

Hərbi idarədən bildiriblər ki, bu gəmi diviziyası alyansın hərbi texnikasının mühüm hissəsinə çevriləcək və gələcəkdə müharibə zamanı dəniz zolaqlarını açıq saxlamaq üçün istifadə oluna bilər.

Qeyd edək ki, aprel ayında NATO-nun daimi Hərbi Dəniz Diviziyasının iki freqatı Finlandiya Hərbi Dəniz Qüvvələri ilə Baltik dənizində birgə təlimlərdən sonra Helsinkiyə səfər edib və aprelin 16-dək orada qalıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm