İki ölkə razılıq verməsə, ATƏT DAĞILA BİLƏR
Bizi izləyin

Avropa

İki ölkə razılıq verməsə, ATƏT DAĞILA BİLƏR

ATƏT Rusiya Federasiyası və Belarusun Estoniyanın sədrliyinə razılıq vermək istəməməsi səbəbindən dağa bilər.

Publika.az "Yle" yə istinadən xəbər verir ki, bu barədə Finlandiyanın xarici işlər naziri Pekka Haavisto bildirib.

"Əgər 2024-cü ildə sədr olmasa və bu məsələdə konsensus yoxdursa, gələn il ATƏT-in bir təşkilat kimi məhv edilməsi ili olacaq", - Haavisto bildirib.

Qeyd olunur ki, təşkilatın nizamnaməsinə görə, üzv ölkələr arasında rotasiya ilə seçilən sədrlik 57 üzv dövlətin hamısı tərəfindən təsdiqlənməlidir.

Lakin bu il Rusiya və Belarus Estoniyanın gələn il sədr postuna namizədliyini dəstəkləməyib və Estoniya özü də namizədlikdən imtina etməyə hazır deyil.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) 1994-cü ildə Budapeştdə Avropa təhlükəsizliyi və əməkdaşlığına dair bir sıra görüşlərin müstəqil təşkilata çevrildiyi vaxt yaradılıb.

Avropada təhlükəsizlik və əməkdaşlıq məsələləri üzrə ilk görüş 1975-ci ildə Finlandiyanın təşəbbüsü və şəxsən Finlandiyanın Prezidenti Urho Kekkonen tərəfindən Helsinkidə baş tutub.

Bildiyiniz kimi, ATƏT Avropa, Rusiya, ABŞ və Ukraynanı birləşdirən yeganə Avropa təhlükəsizlik assosiasiyasıdır və onun əsas məqsədi münaqişələrin qarşısını almaq, sülhə nəzarət etmək və seçkiləri müşahidə etməkdir.

Eyni zamanda, Litva Xarici İşlər Nazirliyi rəhbərinin müavini Mantas Adomenas bəyan edib ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı hazırkı formada səmərəsizdir. Rusiya və Belarus kimi dövlətlər daxil olduğu müddətcə belə qalacaq.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm