Milyonlarla avro dəyərində olan antik əşyalar qaytarıldı
Bizi izləyin

Avropa

Milyonlarla avro dəyərində olan antik əşyalar qaytarıldı

1990-cı illərdə oğurlanmış 250 qiymətli tarixi əsər İtaliyaya qaytarılıb.

Publika.az bu barədə BBC yazıb. qədim artefakt Villanlar dövrünə (e.ə. 1000-750), digər artefaktlar Etrusk sivilizasiyasına (e.ə. 800-200), Magna Grazia (e.ə. 750-400) və İmperator Romasına (e.ə. 27 - 476-cı il) aiddir. Qiymətli artefaktlar arasında qablar, rəsmlər və heykəllər var ki, onlardan bəzilərinin yaşı 3000 ildir. Bəzi mozaikaların qiyməti on milyonlarla avrodur.

Artefaktların əksəriyyəti 1990-cı illərdə oğurlanmış, sonra bir neçə diler vasitəsilə Amerika muzeylərinə və şəxsi kolleksiyaçılara satılmışdı.

İtaliya Mədəniyyət Nazirliyinin məlumatına görə, bir kolleksiya Texasdakı Menil Kolleksiya Muzeyində saxlanılırdı. Lakin muzeyin nümayəndəsi bu məlumatı təkzib edib. Onun sözlərinə görə, artefaktlar muzeyə hədiyyə olaraq təklif edilsə də, onları İtaliyaya qaytarmaq qərarına gəlib.

İtaliya Mədəniyyət Nazirliyi də antikvar Robin Simsin iflası nəticəsində 145 artefaktın əldə edildiyini bildirib. O, öz kolleksiyasını qeyri-qanuni yolla əldə edilmiş artefaktları almaqla toplayıb.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm