Avropa
Aİ Türkiyə ilə bağlı mövqeyini dəyişir? - Hesabat hazırlayır

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Avropa Komissiyası Ankara ilə strateji əlaqələrdə maraqlıdır və müvafiq hesabatlar hazırlayır. Bu barədə AK nümayəndəsi Ana Pisonero Brüsseldə keçirdiyi brifinqdə bildirib.
“Aİ Şərqi Aralıq dənizində təhlükəsiz mühitin yaradılmasında Türkiyə, onun xalqı ilə qarşılıqlı faydalı əməkdaşlıqda strateji cəhətdən maraqlıdır... Avropa Xarici Fəaliyyət Xidməti və Avropa Komissiyası bu barədə hesabat üzərində işə başlayıb” - deyə o qeyd edib.
Pisoneronun sözlərinə görə, bu hesabat əlaqələrin inkişafı strategiyasını və bunun üçün alətləri müəyyən etməlidir.
Xatırladaq ki, bazar günü Türkiyə prezidenti R.T.Ərdoğan ölkəsinin Avropa İttifaqından heç nə gözləmədiyini vurğulayıb. O, həmçinin Brüsselin Türkiyənin Aİ-yə üzvlüyü ilə bağlı qərəzli mövqeyini tənqid edib.
-
Avto06:46
İlon Mask "Cybertruck"u təqdim etdi - VİDEO
-
MDB06:16
Rusiya DƏHŞƏT: baba illərlə nəvəsini...
-
Yaxın Şərq05:15
Deputatın ailəsinə hücum: 10 nəfər öldü
-
Magazin203:43
Məşhur aktrisa şalvarsız poza verdi
-
MDB03:13
Rusiyada böyük bazar yanır - VİDEO
-
İdman02:50
"Bu, planlarımızı pozdu" - Qurban Qurbanov
-
İdman02:05
"Qarabağ" pley-offa vəsiqə qazandı - VİDEO/YENİLƏNDİ
-
Avropa01:41
ABŞ-dan Krımın taleyi ilə bağlı KRİTİK PROQNOZ