Avropa
Yunanıstanda Türkiyənin iki vətəndaşı həbs edildi: Bu ittihamlarla
Yunanıstanda Türkiyənin iki vətəndaşı, biri terrorizmdə, digəri isə zərər vurmaqda ittiham olunaraq həbs edilib.
Publika.az xəbər verir ki, bu barədə Yunanıstan polisi məlumat yayıb.
"Bazar ertəsi Zorakı Cinayətlərə Qarşı Mübarizə üzrə Xüsusi İdarənin əməkdaşları iki Türkiyə vətəndaşını saxlayıblar. Onlar barəsində həbs qətimkan tədbiri seçilib. Əlli altı yaşlı kişi, orderə əsasən, terror aktlarında, silah və partlayıcı maddələrin alınması, daşınması, eləcə də DHKP-C terror təşkilatının maliyyələşdirilməsində ittiham olunur.
İkincisi, işçiyə qarşı zorakılıq, bədən xəsarəti yetirmə ittihamı ilə Çalkida məhkəməsinin hökmü ilə həbs edilən 54 yaşlı kişidir. O, ictimai əmlaka ziyan vurub”, - məlumatda deyilir.
Polisin bildirdiyinə görə, hər ikisi barmaq izindən imtina edərək itaətsizlik göstəriblər. Birinci saxta sənədlər təqdim edib, ikincidə isə bibər qazı olub.
Baxış zamanı saxta şəxsiyyət sənədləri, mobil cihazlar, məlumat saxlama kartları, bibər qazı və nağd pul aşkar edilərək götürülüb.
Tural
-
Dünya09:54
Çin anons etdi: Yeni “gözəgörünməz” gəlir
-
Sosial09:12
MİDA bu ərazilərdə güzəştli mənzilləri satışa çıxarır
-
Hadisə08:46
Azərbaycanda bir bağça 4-cü dəfə yandı: Nə baş verir? - VİDEO
-
Nəqliyyat08:34
Bakıda bu yollarda tıxac var - SİYAHI
-
İdman06:16
“Beşiktaş” “Makkabi”ni Bakıda qəbul edəcək?
-
Magazin103:35
“Sosial media məni iki dəfə ərə verib” - Sevinc Əliyeva
-
Dünya01:20
Nazir dəmiryolu vağzalındakı hadisəyə görə istefa verdi
-
Qoroskop00:40
Günün qoroskopu: gözlənilməz hadisələr baş verəcək