"Ondan təhlükəli siqnallar gəlir, Tramp isə dedi ki..." - Zelenskidən KRİTİK BƏYANATLAR
Bizi izləyin

Avropa

"Ondan təhlükəli siqnallar gəlir, Tramp isə dedi ki..." - Zelenskidən KRİTİK BƏYANATLAR

Ukrayna Prezidenti Volodimir Zelenski Respublikaçılar Partiyasından ABŞ-ın vitse-prezidentliyinə namizəd Ceyms Devid Vensdən gələn siqnalları təhlükəli adlandırıb.

Publika.az xəbər verir ki, bu barədə “New Yorker”ə müsahibəsində danışıb.

Ukrayna liderinin sözlərinə görə, o, həddindən artıq radikaldır və deyir ki, Ukrayna öz ərazilərindən imtina etməlidir.

Zelenski Vensin ölkəsinin hesabına hərbi əməliyyatları dayandırmaq ideyasını qəbuledilməz hesab edir.

Prezident bu konsepsiyanı plan hesab etmir: "Bunlar sadəcə şüardır”.

“Deməliyəm ki, bu, Trampla baş verməyib. Telefonla danışdıq və onun mesajı mənim fikrimcə mümkün qədər müsbət oldu. “Başa düşürəm”, “Mən dəstək verəcəm” və s.”, - deyə Zelenski bildirib.

O əlavə edib ki, Vens və onun fikirlərini bölüşən insanlar Ukrayna ərazilərinin güzəştə gedilməsi ilə bağlı bəyanatları ilə ABŞ-ın Yaxın Şərq və Tayvandakı maraqlarına ziddir.

Dövlət başçısı amerikalı siyasətçinin sözlərini ciddi qəbul etmir, çünki bu, qlobal münaqişəyə səbəb olardı.

Zelenski həmçinin Vensin İkinci Dünya Müharibəsinin tarixini oxumağı tövsiyə edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm