Çin ən böyük problemdir: Rusiyaya görün nələr tədarük edilib
Bizi izləyin

Avropa

Çin ən böyük problemdir: Rusiyaya görün nələr tədarük edilib

Rusiya silahlarındakı xarici hissələrin təxminən 60%-i Çindən gəlir.

Publika.az xəbər verir ki, bunu Ukrayna prezidentinin sanksiyalar siyasəti üzrə komissarı Vladislav Vlasyuk bildirib.

“Bütün adi silah növlərini götürsəniz və xarici komponentləri hesablasanız, görərsiniz ki, bunların təxminən 60%-i Çindən gəlir. Bu mövzuda bəzi istehsalçılarla uzun müddət müzakirələr apardıq”, - o qeyd edib.

Digər təchizatçılar arasında o, ABŞ, Hollandiya, Yaponiya və İsveçrənin adını çəkib. Söhbət müşahidə sistemləri, dronlar və raketlər üçün vacib hissələrdən gedir.

Vlasyukun fikrincə, Avropa İttifaqı Qərb məhsullarının axınının qarşısını almaq üçün daha çox iş görə bilər, xüsusən də Rusiyanın nüvə şirkəti “Rosatom”-a qarşı. O əlavə edib ki, sanksiyalar Rusiyanın hava limanları və dəniz limanları kimi logistikasını, eləcə də satışı asanlaşdıran maliyyə institutlarını hədəfə ala bilər.

Xatırladaq ki, NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Çin Rusiyanın Ukraynaya qarşı müharibəsində həlledici amilə çevrilib. Onun sözlərinə görə, Pekin Rusiya Federasiyasının istifadə etdiyi bir çox silah növlərinin istehsalını təmin edir.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm