Səfirdən Putinlə bağlı qalmaqallı açıqlama: "Dəfələrlə xəbərdarlıq edib, amma..."
Bizi izləyin

Avropa

Səfirdən Putinlə bağlı qalmaqallı açıqlama: "Dəfələrlə xəbərdarlıq edib, amma..."

Ukrayna Silahlı Qüvvələrinin Kursk əməliyyatı beynəlxalq hüquq və ölkənin özünümüdafiə hüququ çərçivəsində baş verir.

Publika.az xəbər verir ki, bunu Niderlandın Ukraynadakı səfiri Alle Dorhout bildirib.

Əvvəllər Niderlandın Baş Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin kəşfiyyat departamentinin direktoru olmuş diplomat Kremldə daim müzakirə olunan “qırmızı xətlər”ə münasibət bildirib.

“Rusiya son iki ildə dəfələrlə qırmızı xətlərlə bağlı xəbərdarlıq edib. Qırmızı xəttin problemi ondan ibarətdir ki, siz ancaq onu keçəndə bilirsiniz. NATO və Ukrayna bu xətlərin harada olduğunu diqqətlə öyrənir. Hərbi dəstəyə baxsanız, Ukrayna 2022-ci ildən bəri almaqdadır və hazırda bu qırmızı xətlərin olub-olmaması ilə bağlı çoxlu suallar var Biz ancaq deyə bilərik ki, bir dənə də olsun qırmızı xətti keçməmişik”, - Dorhout qeyd edib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm