Bu ölkənin XİN başçısı Zelenskini dinləməkdən imtina etdi, əvəzində...
Bizi izləyin

Avropa

Bu ölkənin XİN başçısı Zelenskini dinləməkdən imtina etdi, əvəzində...

Çinin xarici işlər naziri Van Yi Ukrayna prezidenti Vladimir Zelenskinin Birləşmiş Ştatlarda BMT Baş Assambleyası çərçivəsində çıxışına qatılmayıb, əvəzində rusiyalı həmkarı Sergey Lavrovla görüş keçirib.

Publika.az xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” yazıb.

Nəşrin məlumatına görə, bundan əvvəl çinli nazir Avropa diplomatiyasının rəhbəri Cozef Borrell ilə danışıqlar aparıb.

Məlumdur ki, Çin Xalq Respublikası və Rusiya Federasiyası nazirlərinin görüşü Bakı vaxtı ilə təxminən saat 18:00-da başlayıb, eyni zamanda Zelenski tribunadan çıxış edib. Departament rəhbərləri arasında dialoqun mövzuları Ukrayna münaqişəsi, eləcə də Qərbin Tayvan ətrafında vəziyyətin gərginləşməsinə qarşı mübarizə yolları olub. Ukrayna lideri münaqişənin həlli ilə bağlı Çin və Braziliyaya qarşı ittiham xarakterli çıxış edib. Dövlət başçısı əlavə edib ki, ölkənin enerji sektoru hazırda kritik vəziyyətdədir.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm