Putin göstəriş verib: Kreml onları Kurska göndərdi
Bizi izləyin

Avropa

Putin göstəriş verib: Kreml onları Kurska göndərdi

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Kurskda döyüşür, rus hərbçiləri ilə döyüş tapşırıqlarını koordinasiya edirlər.

Publika.az xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutu (ISW) məlumat yayıb.

Xəbərdə qeyd edilib ki, Rusiyanın müxalif nəşri “Novaya qazeta Evropy” 2024-cü ilin avqustunda Kursk vilayətində gedən döyüşlərdə həlak olan FTX xüsusi təyinatlısının şəxsiyyətinin müəyyənləşdirildiyini yazıb.

Beləliklə, Kursk vilayətində FTX-nin xüsusi təyinatlı bölmələrinin döyüşdüyü təsdiqlənib.

Nəşr bildirib ki, FTX xüsusi təyinatlılara, o cümlədən “Alfa” və “Vımpel” qruplarının üzvlərinə Kursk vilayətində Ukraynanın kəşfiyyat qruplarını aşkar edib məhv etmək tapşırığı verib.

FTX zabiti nəşrə deyib ki, bu qruplar nizami silahlı qüvvələrə qarşı ağır texnika ilə birgə döyüş aparmaq üçün yararsızdır. Xüsusi təyinatlılar adətən kiçik terrorçu qruplara qarşı antiterror əməliyyatları keçirib və çox güman ki, birləşmiş hücumlar həyata keçirən Ukrayna bölmələrinə cavab vermək üçün kifayət qədər təlim və avadanlıqlara malik deyil.

Rusiya kəşfiyyat xidmətlərinə yaxın olan digər mənbə “Novaya qazeta Evrope” nəşrinə bildirib ki, FTX Xüsusi Əməliyyatlar Mərkəzinin Rusiya hərbi birləşmələri ilə “ümumi əlaqəsi” yoxdur. Həmçinin hələ də FTX ilə Rusiya arasında döyüş missiyalarının əlaqələndirilməsi üçün birgə qərargah yoxdur.

Qeyd olunur ki, Rusiya lideri Vladimir Putin Ukrayna əməliyyatı avqustun 6-da başlayandan sonra avqustun 9-da Belqorod, Bryansk və Kursk vilayətlərində antiterror əməliyyatı keçirməyi FTX-yə tapşırıb.

Rusiya hərbi komandanlığı Kursk bölgəsində əməliyyata cavab vermək üçün ardıcıl və effektiv komanda-nəzarət strukturu yaratmağa çalışıb. Hansı vəzifələrin FTX-nin və ya Müdafiə Nazirliyinin Koordinasiya Şurasının antiterror əməliyyatının səlahiyyətlərinə aid olduğu aydın deyil.

ISW analitiklərinin ilkin qiymətləndirməsinə görə, tapşırıqların təkrarlanması və zəif strukturlar çox güman ki, FTX ilə Müdafiə Nazirliyi arasında ziddiyyət yaratmağa davam edəcək.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm