Lavrov BMT tribunasından dünyanı nüvə ilə HƏDƏLƏDİ
Bizi izləyin

Avropa

Lavrov BMT tribunasından dünyanı nüvə ilə HƏDƏLƏDİ

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda BMT Baş Assambleyasında çıxışı zamanı dünyanı “nüvə gücü üzərində qələbə” cəhdlərinə qarşı xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, bu barədə "Associated Press" yazıb.

XİN rəhbəri çıxışında bildirib ki, Qərb Ukraynadan Rusiyanın strateji məğlubiyyəti üçün alət kimi istifadə edir və Avropanı bu “intihar macərasında” iştiraka hazırlayır.

"Mən nüvə dövləti olan Rusiya ilə qələbəyə qədər mübarizə aparmaq ideyasının mənasızlığını və təhlükəsini müzakirə etmək fikrində deyiləm", - nazir üstüörtülü şəkildə hədələyib.

Eyni zamanda, çıxışdan sonra keçirilən mətbuat konfransında o, Ukrayna Silahlı Qüvvələrinin uzaqmənzilli silahlardan istifadəyə icazə alıb-almamasından asılı olmayaraq, Rusiyanın Qərb dövlətlərinin onun xəbərdarlıqlarını necə başa düşdüyünü qiymətləndirəcəyini vurğulayıb.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm