Avropa
Şoltsun Putinə zənginin təfərrüatları yayıldı: Bayden, Makron Berlində olarkən...
Almaniya kansleri Olaf Şoltsun Rusiya prezidenti Vladimir Putinə zəngi Qərb liderləri və Ukrayna prezidenti Vladimir Zelenski ilə razılaşdırılıb.
Publika.az xəbər verir ki, bu barədə “Bild” qəzeti yazıb.
“Putin və Şolts arasındakı söhbət həm də tərəfdaşlarla razılaşdırılıb... ABŞ prezidenti Co Bayden , Böyük Britaniyanın baş naziri Key Starmer və Fransa prezidenti Emmanuel Makron oktyabrın 18-də Berlində olarkən”, - nəşr yazır.
Qəzetin yazdığına görə, Zelenskiyə də görüş barədə məlumat verilib. Nəşr qeyd edir ki, danışıqlar zamanı Şolts Rusiya liderindən ABŞ-da prezident seçkiləri fonunda danışıqlara hazır olub-olmadığını öyrənmək niyyətində olub.
Nəşr onu da yazır ki, söhbət zamanı Putin Almaniya kanslerinin almanca çıxışını tərcüməçisiz dinləyib. Rusiya prezidenti də öz növbəsində rusca danışıb və buna görə də Şolts tərcüməçinin xidmətindən istifadə edib.
Daha əvvəl Almaniyanın Konstitusiya və Suverenlik Şurası qeyri-hökumət təşkilatının rəhbəri Ralf Nimeyer bildirib ki, Şolts Putinə zəng etməklə Ukraynadakı münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu nümayiş etdirmək istəyir.
Tural
-
Qoroskop00:55Günün ulduz falı: Yeni ideyalarınız diqqət çəkəcək
-
Hadisə3 Dekabr 22:50Bakıda restoranda yanğın baş verdi - VİDEO
-
İdman3 Dekabr 22:08Qurban Qurbanov o iddialara belə cavab verdi: “Keçmişə qayıtmağa ehtiyac yoxdur”
-
ABŞ3 Dekabr 21:39Melaniya Trampa və İlon Maska ŞOK - ABŞ vətəndaşlığını itirə bilərlər
-
İdman3 Dekabr 20:36Alonsonun qərarı “Real”da növbəti gərginlik yaratdı
-
Magazin13 Dekabr 19:40Flora Kərimovadan Eltona cavab: "Üzr də istəyəcəksən"
-
Hadisə3 Dekabr 19:15Ağdərədə minaya düşən şəxsin vəziyyəti AÇIQLANDI - YENİLƏNDİ/FOTO
-
Sosial3 Dekabr 18:10Bu sahədə boy ölçüsü tələbi dəyişdirildi - 160 sm-dən yuxarı olmalıdır













.jpg)


.jpg)









.jpg)









