Avropa
Kral Çarlzın iqamətgahına basqın edildi: görün nələrini oğurladılar
Böyük Britaniyada naməlum şəxslər III Çarlzın iqamətgahının ərazisinə daxil olaraq “İsuzu” markalı pikap və qırmızı rəngli kvadrosikl oğurlayıblar.
Publika.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
Hadisə oktyabrın 13-də Vindzor qəsrində baş verib, lakin polis quldurluğu bazar günü, noyabrın 17-də təsdiqləyib. Naməlum maskalı basqınçılar iqamətgahın iki metrlik hasarını aşıb, texnikanın yerləşdiyi əraziyə daxil olub və orada gözdən itiblər.
Nəşrin mənbəsinin bildirdiyinə görə, onlar iqamətgahın mühafizə olunan darvazasını sındırmaq üçün pikapdan istifadə ediblər. “Onlar çox güman ki, oğurluqdan əvvəl avtomobillərin harada saxlandığını bilirdilər. Necə və nə vaxt gizlənməyin daha yaxşı olduğunu da bilirdilər. Cinayətkarlar yəqin ki, bir müddətdir ki, Vindzor qəsrini izləyirdilər”, - deyə bir insayder "The Sun"-a bildirib.
Bundan başqa, məlum olub ki, basqın zamanı Kral III Çarlzın böyük oğlu Şahzadə Uilyam və onun həyat yoldaşı Keyt Middlton və onların uşaqları Vindzor qəsrindən beş dəqiqəlik məsafədə yerləşən Adelaide kottecində olublar. Xərçəng xəstəliyinə tutulmuş Kralın özü o zaman Şotlandiyada, Kraliça Kamilla isə Hindistanda kurortda olub.
Cinayətkarlar hələ də tutulmayıb, araşdırma aparılır. “The Sun" qeyd edib ki, oktyabr ayından kral iqamətgahının ərazisi hərbçilər tərəfindən qorunur. Noyabrın 17-də silahlı mühafizəçilər çıxarılıb.
Akqabay
-
Region14:09Laricaninin qızı ABŞ universitetindən qovuldu
-
Magazin213:2856 yaşlı Cennifer Lopez alış-verişə büsqaltersiz gəldi - FOTOLAR
-
Magazin212:07Keçmiş "VİA Qra"çı elə açıq-saçıq foto paylaşdı ki... - FOTO
-
Sosial10:55Sumqayıtda almaları müsadirə edən məmuru belə biabır etdilər - VİDEO
-
MDB10:44Riskə gedərək körpəni batan maşından belə çıxardılar - VİDEO
-
Region10:13Bələdiyyədə korrupsiya əməliyyatı: Səkkiz nəfər həbs edildi
-
Hadisə09:32Samuxda avtobus aşdı, ölən və xəsarət alanlar var
-
İqtisadi gündəm09:21Hansı sahədə çalışanların pensiyası arta bilər?





































