Avropa
Rumıniyada prezidentliyə namizədlər arasında mübarizə güclənir
Rumıniyada prezident seçkilərinin birinci turu keçirilir.
Publika.az xəbər verir ki, seçkilərdə iştirak edən 14 namizəddən yalnız beşi real qalibiyyət şansına sahibdir.
Birinci turda liderlik edən namizəd, hazırkı Baş nazir Marçel Çolaku, təxminən 25 faiz səs toplayıb. Ən böyük rəqibi isə ultrasağcı “Rumıniya Birləşməsi” partiyasının lideri Corce Simiondur. Son zamanlar ölkədəki rekord inflyasiya fonunda C.Simionun populyarlığı artıb.
Seçki kampaniyasında C.Simion Ukraynaya silah göndərilməsinə qarşı olduğunu bildirib. O, həmçinin Avropa İttifaqına şübhəli yanaşır və homoseksuallıq əleyhinə fikirlər səsləndirir. C.Simion Rumıniya və Moldova arasında birliyə dəstək verir, bu səbəbdən Moldovada bir neçə dəfə ölkəyə girişinə qadağa qoyulub.
Qalib müəyyənləşməzsə ikinci tur dekabrın 8-də keçiriləcək. 1 dekabr Rumıniyanın Milli Günündə isə ölkədə parlament seçkiləri baş tutacaq.
-
Sosial08:36Bakının iki rayonu qazsız qalacaq
-
Avto05:15Elektrikli avtomobillə nə qədər qənaət edə bilərik?
-
Magazin104:44Samirə qaraya büründü - FOTO
-
MDB03:43Putin plenar sessiyada Azərbaycanla bağlı nə deyib?
-
İdman02:12Ronaldo olmadan Portuqaliya millisi qələbə qazandı
-
Yaxın Şərq01:41"FlyDubai"ın yaralı pilotundan və köməkçisindən YENİ XƏBƏR
-
Magazin100:15“Mənim hesabıma milyonlar yedi" - - Tacirdən müəlliminin qarğışına cavab
-
Qoroskop00:00Günün UDUZ FALI - Qızıl açar hər qapını aça bilər












.jpg)























.jpg)

