Avropa
Zelenski Parisdə Trampa görün nə deyibmiş: Putin yalnız ondan qorxur və...
Ukrayna prezidenti Vladimir Zelenski Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş lideri Donald Trampa deyib ki, Putin yalnız ondan qorxur.
Publika.az xəbər verir ki, bu barədə o, "X" mikrobloqunda yazıb.
Zelenski Parisdəki görüşdə Ukraynada müharibəyə son qoymaq üzrə əməkdaşlığa diqqət ayrıldığını bildirib. Onun sözlərinə görə, amerikalı siyasətçi ilə söhbət məhsuldar olub və o, müharibəni ədalətli şəkildə bitirmək üçün onun “qətiyyətini” görüb.
Ukrayna prezidenti deyib ki, Amerika, Avropa və təhlükəsizliyə dəyər verən hər kəs bir olmalıdır. Ukrayna da möhkəm mövqelər və sülh zəmanəti almalıdır:
"Prezident Trampa dedim ki, Putin yalnız ondan və bəlkə də Çindən qorxur. Və bu doğrudur. Yalnız qətiyyət bu müharibəni ədalətli nəticəyə çatdıra və davamlı sülhü təmin edə bilər. Biz lazımi beynəlxalq asayişi bərpa etmək üçün indi hərəkətə keçməliyik".
Xatırladaq ki, dekabrın 7-də Yelisey sarayında Ukrayna, Fransa prezidentləri və Amerikanın seçilmiş liderinin üçtərəfli görüşü baş tutub. Danışıqlar təxminən 30 dəqiqə davam edib. Tramp daha sonra jurnalistlərə deyib ki, Vladimir Zelenski atəşkəs və müharibənin bitməsini istəyir.
Akqabay
-
ABŞ02:00ABŞ-da qar fırtınası nəticəsində ölənlərin sayı artdı
-
Qoroskop01:40Günün ulduz falı: Kiminləsə barışmaq üçün əla vaxtdır
-
İdman00:55“Qarabağ” İngiltərədədir - FOTO
-
Hadisə26 Yanvar 22:08Bakıda məhkəmə sədrinin oğlu arvadını bıçaqlayıb özünü binadan ATDI - FOTO
-
İdman26 Yanvar 21:26“Liverpul”la oyunda “Qarabağ”ın şansı nə qədərdir? - Beqoviç açıqladı
-
Sağlamlıq26 Yanvar 19:20Nə dərmanı var, nə peyvəndi - Ölümcül virus Azərbaycana da gələ bilər?
-
Hadisə26 Yanvar 19:00“TikTok”da qeyri-etik ifadələr işlədən Habil həbs edildi
-
Rəsmi xronika26 Yanvar 16:49Bu şəxslər 1000 manat cərimə olunacaq













.jpg)




.jpg)

















