Avropa
Parisdə Fransanın müstəmləkəçilik siyasətinə qarşı aksiya keçirildi
Fransanın paytaxtı Parisin ürəyində, Eyfel qülləsinin önündə yerləşən Trokadero - İnsan Hüquqları meydanında Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı və fransız müstəmləkələrinin müstəqillik hərəkatlarının üzvlərinin iştirakı ilə “Dekolonizasiya gününə” (BMT Baş Assambleyası 14 dekabr 1960-cı ildə "Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannamə" qəbul edib - red) həsr olunmuş etiraz aksiyası keçirilib.
Publika.az xəbər verir ki, aksiyada ”Kolonializmə son, azadlıq”, ”Azadlıq üçün mübarizə edək”, "Azad gələcək üçün birlikdə", "Dekolonizasiya indi başlayır", “Gəlin tarixi öz sözlərimizlə və öz mübarizəmizlə yenidən yazaq!”, "Torpaqlarımızı və tariximizi bizə geri ver!" kimi müxtəlif şüarlar səsləndirilib.
Aksiyada Komor adalarını, Qvadalupeni, Fransa Polineziyasını, Reuniyonu, Yeni Kaledoniyanı, Sen Marteni, Korsikanı və Martinikanı təmsil edən müstəqillik hərakatlarının nümayəndələri iştirak edib.
Aksiyaçılar 14 dekabr 1960-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş 1514 nömrəli Qətnamənin yerinə yetirilməsi, eyni zamanda beynəlxalq ictimaiyyəti və təşkilatları müstəmləkələrdəki cari vəziyyətə adekvat reaksiya göstərməyə çağırış ediblər.
-
Magazin205:45
Demetdən Rezanın toyuna getməsi xəbərinə reaksiya - FOTO
-
Hadisə00:30
Lənkəranda bazarda GÜCLÜ YANĞIN - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Gizli istedadlarınız üzə çıxacaq
-
Hadisə19 Yanvar 23:12
Qaz sızmalarının və partlayışların qarşısını necə almaq olar? - VİDEO
-
Sosial19 Yanvar 22:00
Əhaliyə ŞAD XƏBƏR: Bəzi ərzaq məhsulları UCUZLAŞACAQ - VİDEO
-
İdman19 Yanvar 21:36
“Real Madrid” liderliyə belə yüksəldi - QOLLAR/VİDEO
-
Ekologiya19 Yanvar 21:12
Buz bağlayan Maralgöldən əsrarəngiz görüntülər - VİDEO
-
Səhiyyə19 Yanvar 20:12
Azərbaycanda tanınmış həkim vəfat etdi - FOTO