Avropa
Almaniyada panika: Suriyalılar ölkədən gedərsə...
Suriyada 13 il əvvəl başlayan vətəndaş müharibəsindən qaçan 1 milyona yaxın suriyalı Almaniyaya sığınıb. Dekabrın 8-də Əsəd rejiminin devrilməsi ilə Almaniyadakı suriyalıların ölkələrinə qayıtma ehtimalı iqtisadiyyatda çaxnaşma yaradıb.
Publika.az xəbər verir ki, Suriyada Əsəd rejiminin devrilməsi ilə yeni dövr başlayır. 13 ildir davam edən vətəndaş müharibəsinin başa çatması ilə milyonlarla suriyalı qaçqın öz ölkələrinə qayıtmağa hazırlaşır. Avropada ən çox suriyalı qaçqına ev sahibliyi edən Almaniyada “Suriyalılar gedərsə” panikası başlayıb.
2014-cü ildən bəri təxminən 1 milyon suriyalıya ev sahibliyi edən Almaniyada qaçqınlar ölkə iqtisadiyyatının təməl daşına çevrilib. Almaniya Suriyada yeni dövrün başlaması ilə birlikdə qaçqınların qəfil geri qayıtmasından narahatdır.
Alman mətbuatında yer alan xəbərə görə, Almaniyada 213 mindən çox qeydiyyatdan keçmiş suriyalı çalışır, bu suriyalıların 80 mini işçi qüvvəsi çatışmazlığı olan peşələrdə işləyir.
Almaniya Federal Statistika İdarəsinin məlumatına görə, 75 min 500 suriyalı 2024-cü ilin ortalarına qədər Almaniya vətəndaşlığını alıb və vətəndaşlıq almadan əvvəl Almaniyada orta hesabla 6,8 il keçirib. Bu şəxslər hazırda Almaniya vətəndaşı olsalar da, bir çox suriyalı qaçqının vətəndaşlığı yoxdur.
Dekabrın 13-də dərc olunmuş araşdırma göstərir ki, Almaniyadan olan suriyalı qaçqınların repatriasiyası əsas sektorlarda, xüsusən də səhiyyə, nəqliyyat və logistika sahələrində işçi çatışmazlığını daha da pisləşdirə bilər.
Araşdırmada vurğulanıb ki, qaçqınların geri qayıtması ümumi iqtisadiyyata böyük təsir göstərə bilməz. Suriyalı işçilər hazırda Almaniyanın işçi qüvvəsinin 0,6 faizini, təxminən 287 min nəfəri təşkil edir.
Aysel Şahmar
-
Ekologiya07:17Qar yağacaq, şaxta olacaq - PROQNOZ
-
Nida Xəbər 06:30Xankəndi şəhərinə ilk köç karvanı yola salındı
-
Magazin106:16“Necə sevirdim, Allah, şəhid olan atamı…” - VİDEO
-
Nəqliyyat05:45Ağsu dolaylarında hərəkət çətinləşdi - FOTO
-
Rəsmi xronika03:43"Azərbaycan yeganə etibarlı, təhlükəsiz və xoşməramlı təyinat ölkəsidir" - Prezident
-
Hadisə03:40Ağsuda zəlzələ oldu
-
İqtisadi gündəm02:12Qızılın qiyməti bütün tarixi REKORDLARI QIRDI
-
Magazin201:11"Kuruluş Osman"ın aktrisası yeni serialda - FOTO




































